“Sportinq” böyük komandadır”: Andre Pinto

 “Sportinq”in futbolçusu Andre Pinto  Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la oyun öncəsi keçirlən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

-  Çox yaxşı durumdayıq və sabahkı oyuna hazırıq. Bizi çətin oyun gözləyir. Qələbə bizi növbəti mərhələyə daşıyacaq. Ümid edirik ki, 6 aydan sonra yenidən Bakıya qayıdacağıq. Sabahkı görüşdə fərqli “Qarabağ” gözləmirik. Yəqin ki, ilk matçdakı kimi oynayacaqlar. Eyni oyun fəlsəfəsinə malik komandadır. Cinahdan oynayır, əks-hücumlara tez-tez bel bağlayır və çalışırlar sürətli çıxış etsinlər. “Qarabağ” özünə əmin komandadır. Sabah da onlardan bu performansı gözləyirəm".

- Heyətdə itkilər kifayət qədərdir. Bu, sizə problem yaratmayacaq?

- “Sportinq” böyük komandadır. Burda oyunçuların kimliyi önəm daşımır. Hamımız qələbəyə köklənmişik.

- Sabah meydana çıxacaqsınız?

- Bu hələ bilinmir. Baş məşqçi yekun qərarı sabah verəcək.

- Baş məşqçi qısa müddətdi sizinlə çalışır. Onunla bağlı düşüncələriniz nələrdi?

- Burda futbolçuların üzərinə böyük məsuliyyət düşür. Onlar çalışmalıdır ki, baş məşqçinin ideyalarını qısa müddətdə həyata keçirə bilsinlər. Həmçinin məşqlərdə öyrəndiyimizi oyunlarda tətbiq etməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right