Xorvatiyalı futbolçu TPL-ə qiymət verdi: "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdi"

"Neftçi"nin legioneri Slavko Braliç klubunun rəsmi saytına müsahibə verib. Özünü "Neftçi”də çox xoşbəxt hiss etdiyini bildirən xorvatiyalı müdafiəçi Topaz Premyer Liqası  (TPL) və azarkeşlərimizlə bağlı sualları da cavablandırıb.

 

- Hazırda turnir cədvəlinin ilk pilləsində məskunlaşmışıq. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdi?

- Birinci yerdə olmağımız çox vacib amildi. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdı. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.

 

- Özünüzü "Neftçi”də necə hiss edirisiz?

- Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.

 

- Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?

- Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.

 

- Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?

- Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdi.

 

- Növbəti rəqib "Sabah” haqda nə deyə bilərsiz?

- Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.

 

- Azarkeşlərimiz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?

- Əlbəttə! "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdi. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right