AFFA MOİK-in şikayətini rədd etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Newsport.az xəbər verir ki, yığıncaqda klubların müraciətlərinə baxılıb.

U-13 Liqasında çıxış edən “Laçın” klubunun məşqçisi Məhəbbət Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. “UGİM 1”lə (Sumqayıt) oyun başa çatdıqdan sonra aqressiv davranışlar, hakimə qarşı fiziki təsir göstərdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən 12 ay müddətinə yarışlardan kənarlaşdırılan məşqçinin cəzası yüngülləşdirilib. Rəhimov dava-dalaşda iştirak etdiyi üçün qərar elan olunana qədər buraxdığı matçlar nəzərə alınmaqla 10 oyunluq cəzalandırılıb.

MOİK-in baş məşqçisi Azər Bağırovla bağlı apellyasiya şikayəti rədd edilib. I divizionun “Keşlə-2” ilə oyununda texniki zona qaydalarını pozmasına görə məşqçinin 1 matçliq cəzası və klubun 80 manat cərimələnməsi qərarı qüvvədə saxlanılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right