Fatih Terimdən azərbaycanlı teleşərhçiyə hədiyyə

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Rusiyada çalışan azərbaycanlı televiziya şərhçisi Elvin Kərimova forma bağışlayıb. Newsport.az xəbər verir ki, "Lokomotiv"lə Moskvadakı matçdan öncə keçirilən mətbuat konfransında həmyerlimiz "İnperator" ləqəbli təcrübəli mütəxəssisə rus dilində 2 sual verib.

 

Bu an tərcüməçi Elvinin “Qalatasaray”ın Rusiyada ən çılğın azarkeşi olduğunu bildirib. Terim isə suallara cavab verdikdən sonra konfransın ardından Kərimova "Qalatasaray"ın formasını hədiyyə edəcəyini bildirib və vədinə məşqdə əməl edib.

 

Elvin "Facebook"da şəxsi səhifəsində bu anı həyatı boyu gözlədiyini və "Qalatasaray"a "Başarılar CimBom!" yazaraq uğurlar arzulayıb. O, eyni zamanda 2000-ci ildən "Qalatasaray" və şəxsən Fatih Terimə azarkeşlik etdiyini də bəyan edib.

 

Qeyd edək ki, “Lokomotiv” – “Qalatasaray” matçı bu gün Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right