Premyer Liqamızda 12-ci turun rəmzi komandası

"İnStat” şirkətinin təhlilinə əsasən Azərbaycan Premyer Liqanın 12-ci turunun rəmzi komandası açıqlanıb.
 
Newsport.az xəbər verir ki, ən yaxşı 11-likdə "Qəbələ"nin 4, “Neftçi”, “Qarabağ” və “Zirə”nin hərəsinin iki futbolçusu yer alıb. “Sabah”ın isə bir üzvü rəmzi komandaya daxil edilib.
 
Qapıçı: Səlahət Ağayev (“Neftçi”) – 6
 
Müdafiəçilər: Təmkin Xəlilzadə (“Qəbələ”) – 3, Voislav Stankoviç (“Qəbələ”) – 2; Yakub Jezniçak (“Qarabağ”) – 3; Abbas Hüseynov (“Qarabağ”) – 4
 
Yarımmüdafiəçilər: Ceyms Adeniyi (“Qəbələ”) – 4; Emin Mahmudov (“Neftçi”) – 3; İlkin Muradov (“Zirə”);  Bilal Həmdi (“Zirə”) – 2
 
Hücumçular: Cavid İmamverdiyev (“Sabah”) – 2; Stiven Monroz  (“Qəbələ”) – 3.
 
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right