“Qəbələ” Berlində son məşqə çıxdı

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” sabah Çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacaq.

Berlində keçiriləcək görüşdən bir gün əvvəl Emin İmaməliyevin baş məşqçisi olduğu komandanın oyunöncəsi son məşqi baş tutub. Hazırlıq prosesi sabahkı matçın keçiriləcəyi “Vurfplats” stadionunda gerçəkləşib. Bununla da “Qəbələ” Almaniya çempionu ilə matçın hazırlığını tamamlayıb.

Xatırladaq ki, sabah Berlində baş tutacaq “Herta” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu, 2-ci mərhələ, cavab oyunu

28 noyabr

16:00. Herta - Qəbələ

Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya).

Berlin. “Vurfplats” stadionu.

İlk oyun – 3:1.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right