"Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə!

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib.

E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını pley-offa yazdırıb. Qrupun digər oyununda "Ayaks" Yunanıstanda AEK-in qonağı olub. Səfərdə qazanılan 2:0 hesablı qələbə holland klubunu qrup mərhələsində sona 1 tur qalmış növbəti mərhələyə yüksəldib.

F qrupunda "Mançester Siti" səfərdə "Lion"la bərabərə qalıb. Buna baxmayaraq, "şəhərlilər" 1/16 final mərhələsinə adlayıblar. Donetsk "Şaxtyor"u isə "Hoffenhaym"ı məğlub edərək, pley-off şanslarını son tura saxlayıb.

Günün ən maraqla gözlənilən oyunlarından biri Romada keçirilib. Şəhərin eyniadlı komandası "Real"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. G qrupunun digər oyununda Çexiya "Viktoriya"sı SSKA-nın (Moskva) qonağı olub. Plzen təmsilçisi bu oyunda 2:1 hesabı ilə qalib gələrək, "Roma" və "Real"ın vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanmasını rəsmiləşdirib. 

H qrupunda isə "Yuventus" "Valensiya"nı, "Mançester Yunayted" "Yanq Boyz"u minimal hesabla məğlub edərək, adını 1/16 final mərhələsinə yazdırıb.



27 noyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

 
E qrupu

21:55. AEK (Yunanıstan) – “Ayaks” (Hollandiya) - 0:2
Qollar: Tadiç, 68, 72

00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) - 5:1
Qollar: A. Robben, 13 (1:0), 30 (2:0), R. Levandovski, 36 (3:0), 51 (4:1), G. Fernandes, 46 (3:1), F. Riberi, 76 (5:1)

   

1.

 

Bavariya

5

4

1

0

12:2

13

2.

Ayaks

5

3

2

0

8:2

11

3.

Benfika

5

1

1

3

5:11

4

4.

AEK

5

0

0

5

2:12

0



  
F qrupu

00:00. “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:2
Qollar: M. Korne, 55 (1:0), 81 (2:1), A. Laporte, 63 (1:1), S.Aquero, 83 (2:2)

00:00. “Hoffenhaym” (Almaniya) - “Şaxtyor” (Ukrayna) - 2:3
Qollar: İsmaili, 14 (0:1), Tayson, 15 (0:2), 90 (2:3), Kramariç, 18 (1:2), S. Suber, 40 (2:2)
 


1.

Mançester Siti

5

3

1

1

14:5

10

2.

Lion

5

1

4

0

11:10

7

3.

Şaxtyor

5

1

2

2

7:15

5

4.

Hoffenhaym

5

0

3

2

10:12

3




G qrupu


21:55. SSKA (Moskva, Rusiya) – “Viktoriya” (Çexiya) - 1:2
Qol: Vlasiç, 10 (1:0), Proçaska, 56 (1:1), Heyda, 81 (1:2)

00:00. “Roma” (İtaliya) - “Real” (İspaniya) - 0:2
Qollar: Q. Beyl, 47 (0:1), L. Vaskes, 59 (0:2)



1.

Real

5

4

0

1

12:2

12

2.

Roma

5

3

0

2

10:6

9

3.

Viktoriya

5

1

1

3

5:15

4

4.

SSKA

5

1

1

3

5:9

4


 
H qrupu

00:00. “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya) - 1:0
Qol: M. Mancukiç, 59

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Yanq Boyz” (İsveçrə) - 1:0
Qol: M. Fellaini, 90



1.

Yuventus

5

4

0

1

8:2

12

2.

Mançester Yunayted

5

3

1

1

6:2

10

3.

Valensiya

5

1

2

2

4:5

5

4.

Yanq Boyz

5

0

1

4

2:11

1

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right