Hakimləri söyənlərlə bağlı qərar verildi: Məşqçiyə 5, futbolçulara 4 oyun

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Newsport.az  xəbər verir ki, iclasda Region son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub. 

Region Liqasının “Ağsu Sity” – “Araz” (Saatlı) görüşünün ilk hissəsi bitdikdən sonra qonaqların məşqçisi Şahmar Abdullayev hakimlər briqadasını söydüyü üçün 5 oyunluq cəzalandırılıb.

“Kürdəmir” – “Gənclik” oyununun 75-ci dəqiqəsində ikincilərin futbolçusu Səxavət Hacıyev hakimi təhqir etdiyindən, qırmızı vərəqə alıb. Həmçinin “Göyəzən” – “Energetik” qarşılaşmasının 82-ci dəqiqəsində “Energetik”in üzvü Kamran Lalayev eyni addıma əl atıb. “Kürmük”lə səfər matçının 88-ci dəqiqəsində “Oğuz”un oyunçusu Elmir Cəfərov hakimə təhqiramiz ifadə işlədib.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bakel Tilly” – “Avanqart” görüşünün 15-ci dəqiqəsində birincilərin futzalçısı Rüstəm Bağırzadə referini söyüb. Adıçəkilən şəxslərin hər biri 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz” – “Yasamal” matçında isə “Yasamal”ın rəhbəri Orxan Allahverdiyev rəqib komandanı təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right