AFFA-dan 6 komandaya texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasında “Ağsu Sity” – “Araz” (Saatlı) matçının ilk hissəsi bitdikdən sonra “Araz”ın məşqçisi Şahmar Abdullayev hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

Region Liqasında “Uğur” (Sumqayıt) – “Şahdağ” (Quba) matçının 68-ci dəqiqəsində “Uğur”un futbolçusu Samir Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Region Liqasında “Kürdəmir” – “Gənclik” matçının 75-ci dəqiqəsində “Gənclik”in futbolçusu Elcan Rəsulov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 75-ci dəqiqəsində “Gənclik”in futbolçusu Səxavət Hacıyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasında “Göyəzən” – “Energetik” matçının 82-ci dəqiqəsində “Energetik”in futbolçusu Kamran Lalayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasında “Salyan” – “Ümid” matçının 87-ci dəqiqəsində “Ümid”in futbolçusu Aftandil Rzayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Tufan” – “Baku” matçının 88-ci dəqiqəsində “Tufan”ın futbolçusu Mehdi Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Region Liqasında “Kürmük” – “Oğuz” matçının 88-ci dəqiqəsində “Oğuz”un futbolçusu Elmir Cəfərov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Gənclər Liqasında “Səbail” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elcan Hafizli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 87-ci dəqiqəsində “Səbail”in futbolçusu Firuz Əhmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasında “Keşlə” – “Neftçi” matçının 59-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Valeh Qəhrəmanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Neftçi” İK İB – “İsgəndər Cavadov” BFA matçının 63-cü dəqiqəsində “İsgəndər Cavadov” klubunun futbolçusu Əli Allahverdiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında UGİM (Qəbələ) – “UGİM” (Mingəçevir) matçının 59-cu dəqiqəsində “UGİM” (Qəbələ) klubunun futbolçusu Sami Əmiraslanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Təbriz” TİM – “Kəpəz” (Gəncə) matçının 43-cü dəqiqəsində “Təbriz” klubunun futbolçusu İsmayıl Əsgərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Təbriz” TİM komandasının heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında “Sabirabad” – “Təhsil” RİM matçında “Təhsil RİM” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında TİM (Gəncə) – “Gəncə TİM” (Gəncə) matçının 25-ci dəqiqəsində TİM klubunun futbolçusu Məhəmməd Hüseynov və Gəncə TİM klubunun futbolçusu Zeynalabdin Qurban aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında “Şüvəlan” – “Sumqayıt” matçının 42-ci dəqiqəsində “Şüvəlan”ın məşqçisi Sərraf Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-10 Liqasında “Stars United” – “Sərhədçi” matçının 23-cü dəqiqəsində “Sərhədçi”nin məşqçisi Kamran Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Zirə” – “Keşlə” matçının 90+5-ci dəqiqəsində “Zirə”nin futbolçusu Osman Nağıyev rəqib futbolçunu meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 90+5-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Emil Əhmədli rəqib futbolçunu təhqir etdiyini üçün 3 oyun cəzalanıb.

U-17 Liqasında “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 90-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Rasim Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Qəbələ” – “Neftçi” İK İB matçının 81-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nemət Şıxəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “İsgəndər Cavadov” BFA – ROİL matçında ROİL komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasında “Turan Tovuz” – “Keşlə” matçının 66-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Əbil Əbilovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında UGİM (Masallı) – UGİM (Astara) matçının 22-ci dəqiqəsində UGİM (Masallı) klubunun futbolçusu Sərdar Teymurov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında Azəri TİM (Gəncə) – “Kəpəz” (Gəncə) matçının 48-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Amil Cabbarov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 liqasında “Sabah” – “Əlincə” matçının 51-ci dəqiqəsində “Əlincə”nin futbolçusu Amil Qarayev təhqiramiz ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 liqasında “Səbail” – “Sabah” matçının 56-cı dəqiqəsində “Sabah”ın futbolçusu Həmralı Mikayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında “Uğur” (Sumqayıt) – UGİM 1(Sumqayıt) matçının 29-cu dəqiqəsində “Uğur”un futbolçusu Mehdi Mirimovun və UGİM-1 klubunun futbolçusu Səbuhi Əzizli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında “Şirvan” – “Sabirabad” matçında “Sabirabad”ın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasında UGİM (Xaçmaz) – “Keşlə” matçında “Keşlə” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək qızlar liqasının “Fidan” – “Veqa” matçının 78-ci dəqiqəsində “Veqa”nın futbolçusu Gülay Səlimzadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 78-ci qəqiqəsində “Fidan”nın futbolçusu Mədinə Xanbutazadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Yüksək qızlar liqasının İOEUGİM – “Keşlə” matçının 77-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Firəngiz Teymurova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək qızlar liqasının “Qubek” – “Ugur” matçının 80-cı dəqiqəsində “Qubek” klubunun 8 №-li futbolçusu Leyli Qurbanova kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz” – “Yasamal” matçında “Yasamal” klubunun rəhbəri Orxan Allahverdiyev rəqib komandanı təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Xəzər Cənub” – “Araz” matçının 28-ci dəqiqəsində “Xəzər Cənub” klubunun futzalçısı Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 32-ci dəqiqəsində “Araz”ın futzalçısı Kamran Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Metropoliten” – AZMİU matçının 30-cu dəqiqəsində “Metropoliten”in futzalçısı Mahir Rəsulov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Yasamal” FK B – “Standard” matçında “Yasamal” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Avanqart” – “Bibi-Heybət” matçının 22-ci dəqiqəsində “Avanqart” klubunun futzalçısı İlham İsmayıllı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 23-cü dəqiqəsində “Bibi-Heybət” klubunun futzalçısı Əsgər Bunyatov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bakel Tilly” – “Avanqart” matçının 15-ci dəqiqəsində “Bakel Tilly” klubunun futzalçısı Rüstəm Bağırzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hövsan” – “STAR karqo” matçının 29-cu dəqiqəsində “Hövsan” klubunun futzalçısı Fuad Mürşüdov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right