“Neftçi” qarşıdurmaya, “Qarabağ” formasına görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şüvəlan” - “Turan Tovuz” matçının 65-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Sumqayıt-2” - “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ruzi Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Ağsu” - “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Qarabağ-2” - “Zaqatala” matçında “Qarabağ-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. “Qarabağ-2” komandasının geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlanıb. Bu səbəbdən klub 240 manat cərimə olunur.

MOİK - “Neftçi-2” matçı başa çatdıqdan sonra komandalar arasında qarşıdurma baş verdiyinə görə hər iki klub 240 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right