"Sportinq" əsas qapıçısını da Bakıya gətirmir

Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq”in italiyalı qapıçısı Emiliano Viviano Bakıdakı matçı buraxmaq təhlükəsiylə üzləşib. Newsport.az xəbər verir ki, Lissabon təmsilçisinin yüngül zədəsi olan hazırlıqda iştirak etsə də, 33 yaşlı qolkiperi paytaxtımıza gətirməyəcəyi gözlənilir.

 

Bildirilir ki, Viviano "Sportinq"in hollandiyalı yeni baş məşqçisi Marsel Keyzerin planlarına daxil deyil və bu üzdən qış fasiləsində göndəriləcəyi gündəmdədi.  


Lissabonluların son günlərdə bir neçə aparıcı futbolçusu zədə üzündən heyətdən kənarda qalıb. Bu üzdən "Sportinq"in paytaxtımıza əsasən gənc futbolçuları gətirəcəyi gözlənilir. 

 

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right