Abasov 10-a çatdı

Azərbaycan Premyer Liqasının 12-ci turu “Zirə”nin baş məşqçisi Samir Abasovun bu postda yubiley - 10-cu matçı olub. Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar” “Sumqayıt”la ev oyununda 3 xalı 3 qolla qazanıb - 3:1.

“Zirə” Abasovun rəhbərliyi altında 2-ci qələbəsini qazanıb. Hesabında 2 heç-heçə və 6 məğlubiyyət olan mütəxəssisin yetirmələri 10 qol vurub, 12-ni buraxıb.

 

“Zirə” həm baş məşqçisinin rəhbərliyi altında, həm də mövsümdə ilk dəfə 3 qol vurub və minimum 2 top fərqilə qalib gəlib. “Qartallar” Premyer Liqada sonuncu dəfə ötən mövsümün 8-ci turunda belə qələbə qazanmışdı. 2017-ci il oktyabrın 14-də “qartallar” öz meydanında “Kəpəz”i 3:0 hesabı ilə yenmişdi.

 

Bundan sonra Premyer Liqada keçirilən 31 qarşılaşmada 1-dən artıq top fərqilə qalib gəlməyən “Zirə” 2-dən çox qol vurmamışdı. Azərbaycan kubokunu da nəzərə alsaq, “qartallar” 2017-ci il noyabrın 29-da “Xəzər”i də 3:0 hesabı ilə məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right