“Mükafatın 15 min manatını geri istədilər”: Millimizin futbolçusu

Milli komandamızın sabiq üzvü Elhad Nəziri maraqlı fikirlər səsləndirib.
 
Newsport.az-ın “komanda.az”a istinadən yaydığı xəbərə görə, o, futbolçu olduğu dönəmdə aldıqları mükafatdan 15 min manatın geri tələb olunduğunu bildirib: “Karyeramı erkən yaşda başa vurmağımın səbəbi genişdir. Milli komandada olarkən mənə verilən mükafatın 15 min manatını geri istədilər. Mən də bir-iki futbolçu ilə məsləhətləşdim və pulu vermədim. Ondan sonra 1-2 kluba deyildi bu barədə. Gördüm ki, mümkün deyil heç nə, mən də futbolla vidalaşdım. Artıq Azərbaycan futbolundan iyrənmişəm”. 
 
O, mükafatı geri qaytarmağını kimlər istədiyi bağlı suala cavab olaraq deyib: “İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki oradakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi”
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right