Cari mövsümdə 10-cu baş hakim

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu Səbuhi Bayramovun baş hakim kimi debütü ilə diqqət çəkib. Newsport.az xəbər verir ki, gənc referi “Dalğa Arena”da keçirilən “Zirə” - “Sumqayıt” matçını (3:1) idarə edib.

O, cari mövsüm Premyer Liqa oyunlarında baş hakim kimi meydana çıxan 10-cu ədalət təmsilçisi olub. Bayramov ölkə çempionatları tarixinə 98-ci baş hakim kimi düşüb.

 

Referi debüt matçında rəqiblərə eyni sayda - hərəsinə 2 sarı vərəqə göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right