“Neftçi”də 11 ilin ən yaxşı göstəricisi

Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qol seriyasını 20-yə çatdırıb.
 
Newsport.az xəbər verir ki, 12-ci turda “Səbail”ə qalib gələn “ağ-qaralar” ardıcıl 20 matçdır meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümdə, martın 14-də “Qarabağ”la ev görüşündə qol vura bilməmişdi – 0:0.
 
Ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən “Neftçi” 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb.
 
Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right