"Zirə"də 50-ci qolçu

Azərbaycan Premyer Liqasının XII turunun “Sumqayıt”la qarşılaşmasında vurulan sonuncu qol “Zirə” üçün yubileylə əlamətdar olub. Newsport.az xəbər verir ki, Bilal Həmdinin 90+6-cı dəqiqədə vurduğu top “qartallar”ın Premyer Liqada 70-ci ev qolu olub. Bunu 52-ci görüşdə reallaşdıran komandanın öz meydanındakı orta məhsuldarlığı 1,35-ə bərabərdi.


Bilal həm də özünün “Zirə”dəki qol hesabını açıb. Matçın sonunda fərqlənən fransalı yarımmüdafiəçi özünün yubiley – 10-cu matçında ilkə imza atıb. Əvvəlki 9 qarşılaşmada qol sevinci yaşamayan legioner bununla da görüşdə son nöqtəni qoyub – 3:1.

 

Bilal “Zirə”nin tarixində qol vuran 50-ci futbolçu olub. O, bunu Premyer Liqada gerçəkləşdirən 29-cu oyunçudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right