"Keşlə"də üç yubiley

Azərbaycan Premyer Liqasının XII turu “Keşlə”də üç yubileylə əlamətdar olub. Newsport.az xəbər verir ki, “Qəbələ” ilə ev qarşılaşması (1:2) Sərtan Taşkın və Vaqif Cavadovun klubun heyətində 50-ci çempionat oyunu kimi tarixə düşüb.

 

2014/15 mövsümündə Premyer Liqada debüt edən Sərtan bu müddətdə 3 qola imza atıb. Vaqif isə fasilələrlə bu komandada çıxış edib. O, 2013/14 və ötən mövsüm formasını geyindiyi “Keşlə”də 17 qol vurub.

 

Taşkın üçün yubiley ikiqat əhəmiyyət daşıyıb. Yalnız bir klubda oynadığından müdafiəçi Azərbaycan çempionatlarında da 50-ci matçına çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right