Premyer Liqanın 12-ci turunda neçə azarkeş qeydə alındı?

Azərbaycan Premyer Liqasında 12-ci  turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, turun ilk görüşü "ASK Arena"da "Keşlə" və "Qəbələ" arasında baş tutub. Qonaqların 2:1 hesablı qələbəsini stadionda 500 nəfər izləyib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçında (1:1) 700, "Bayıl Arena"da reallaşan "Səbail" - "Neftçi" qarşılaşmasında (1:4) isə 1500 azarkeş qeydə alınıb.

 

Turun son oyunu "Dalğa Arena"da "Zirə" və "Sumqayıt" arasında baş tutub. "Qartallar"ın 3:1 hesabı ilə qalib gəldiyi oyunu 200 fanat izləyib.

 

Beləliklə, 12-ci turda 2900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 725 fanat deməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right