Ozan Can “fərqləndi”, komandası…

Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

Ozan da bu görüşün iştirakçısı olub. Millimizin üzvü 81-ci dəqiqədə meydana buraxılıb. Bundan cəmi 2 dəqiqə sonra isə o, sarı vərəqə alıb.

“Girəsunspor” 13 turdan sonra 17 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right