Ayaz Quliyev qovuldu, komandası "Zenit"ə məğlub oldu

Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Zenit”lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Ayaz matça start heyətdə başlayıb. O, 35 və 81-ci dəqiqələrdə sarı vərəqə ilə cəzalanaraq, meydanı vaxtından əvvəl tərk edib.

“Rostov” 23 xalla 5-ci pillədə qərarlaşıb. 34 xalı olan "Zenit" turnir cədvəlinə başçılıq edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right