Bordin: "Ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik"

Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə ,taliyalı mütəxəssis qələbəni şərh edib:

 

- Yaxşı oyun göstərmək istəyirdik. Futbolçularım əllərindən gələni etdilər, onlardan razı qaldım. Güclü komandaya qarşı oynadıq. Bir daha komandanı təbrik edirəm.

 

- Komandada ciddi itkilər var. Onların durumu necədir, növbəti oyuna hazır olacaqlar?

- Bizim yaxşı kollektivimiz var və bu, bizim fərqimizdir. Zədəli futbolçuların olması futbolda baş verən şeylərdi. Ümid edirəm ki, onlar tezliklə komandaya qoşulacaqlar.

 

- Oyunun əvvəlində Dario Frederiko ilə aranızda problem oldu. Hətta onu əvəzləmək istədiniz, ancaq sonradan fikrinizdən daşındınız. Braziliyalı futbolçunu hansısa cəza gözləyir?

- Normal haldır, oyun zamanı məşqçi futbolçu ilə danışır. Ciddi bir məsələ deyil. Əgər ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik. Darionun oyunundan razı qaldım.

 

- Rəhman Hacıyevi uzun müddətdən sonra start heyətində gördük. Onun oyunu sizi razı saldı?  

- Tam razıyam. Bəzi epizodlarda qol vura bilərdi, əfsuslar olsun ki, alınmadı. Lakin göstəricilərindən razı qaldım. 

 

- Paratskinin yoxluğunda “Neftçi” daha çox hücum futbolu oynadı və bunda Hacıyevin əməyi danılmazdır. Bundan sonra komandanız bu heyətlə oynamağa üstünlük verəcək?

- Bizim yaxşı kollektivimiz var və hər zaman dəyişiklik edə bilərik. Mən hər oyundan öncə məşqlər əsasında seçim edirəm. Rəhmanın komandamıza kömək etməsi yaxşı haldır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right