Kamran Ağayev: "Mən ayağımı tutub qaçanam?"

"Keşlə" Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ"ni qəbul edib və 0:2 hesabı ilə uduzub. Farer adaları ilə matçda zədələndiyi üçün bu görüşdə iştirak etməyən paytaxt klubunun qolkiperi Kamran Ağayev matçın fasiləsi zamanı haqqında yayılan söz-söhbətlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı qolkiper jurnalistlərə müsahibə verməkdən imtina etsə də, "mən ayağımı tutub qaçanam?" deyib və yazılanların həqiqətə uyğun olmadığını söyləyib.

Kamran Ağayevin Farer adaları ilə matçda aldığı zədənin ciddi olmadığı və onun özünün Kosovoya qarşı oyun üçün səfərə getmədiyi bildirilir. Millinin həkimi Vyaçeslav Xomenko da iddiaları təsdiqləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right