Dani Kintana: "Sportinq"ə qol vurmaq üçün boşluqlar tapa biləcəyik"

Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ" evdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra Ağdam klubunun ispaniyalı yarımmüdafiəçisi Dani Kintana jurnalistlərə müsahibə verib. 31 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:
 
- Demək olar ki, rəqib oyun ərzində bir qol şansı yaratdı və bundan da yararlandı. Biz isə nə qədər çalışsaq da, alınmadı. “Sabah” yaxşı müdafiə olundu.
 
- “Qarabağ” çoxlu qol şansları yarada bilmədi. Bunun səbəbi nədir?
- Rəqib bütünlüklə müdafiə olunubsa, bu, normal haldı. Mənə elə gəlir ki, 2-3 vəziyyət yaratmışdıq ki, onları qola çevirə bilsəydik, qələbə üçün kifayət edəcəkdi.
 
- Bu gün “Sabah”ın müdafiəsini yara bilmədiniz. “Sportinq” kimi komandanın müdafiə xəttini necə dağıdacaqsınız?
- Məncə, bu oyunları müqayisə etmək olmaz. Tam fərqli oyunlar olacaq. “Sportinq” bizim kimi oynayacaq. Düşünürəm ki, qol vurmaq üçün boşluqlar tapa biləcəyik.
 
- 90 dəqiqə oynamağa tam hazırsanmı?
- Bu, vaxt tələb edən prosesdir. Uzun zamandır bu qədər oynamırdım. Baş məşqçiyə mənə 90 dəqiqə şans verdiyi üçün təşəkkür edirəm.
 
- “Sportinq”lə oyun barədə fikirlərin necədir?
- “Sportinq” lə oyun çətin olacaq. Lissabon klubu səviyyəli komandadır. Nəzərə alaq ki, avrokuboklarda evdə rəqiblər üçün çətin komanda olmuşuq. Qalib gəlmək üçün meydana çıxacağıq.
 
- “Qarabağ” “Sportinq”ə qalib gələ bilər?
- Əvvələr belə səviyyədə olan rəqiblərə qalib gəlmişik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right