Elşad Əhmədov: "Bərabərlik əldə etmişiksə, deməli, qələbə qazanmışıq

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqasının XII tur çərçivəsində səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini böülüşb.

 

Newsport.az xəbər verir ki, mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Çətin oyun oldu. “Qarabağ” oyunboyu hücum etdi, biz müdafiə olunduq. Əks hücumlardan yararlanmağa çalışsaq da, istədiklərimizi edə bilmədik. “Qarabağ”a qarşı oynamaq çətindir. Bərabərlik əldə etmişiksə, deməli, qələbə qazanmışıq.

 

- Marko Deviçin durumu necədir?

- Yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq. Gələn oyun bizə kömək etmək ehtimalı var. 

 

- Real yanaşsaq, komandanız hansı məqsədlər üçün mübarizə aparır?

- Premyer Liqada yerimizi qorumağa çalışırıq. Sadəcə, 4 turdan sonra 9 xal toplamışdıq və hamı bizdən daha artıq şey gözləməyə başladı. Bəli, futbolçularımız bu gün canlarını qoyur.

 

- Çempionatda hansı komanda ilə istəklərinizi həyata keçirə bilərsiniz?

- Bizə bir neçə futbolçu lazımdır. Fərqi yoxdur yerli və ya legioner. Komandanı gücləndirə biləcək futbolçulara ehtiyacımız var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right