Ramos dopinqdən istifadə edib?

Futbolda qanunsuzluqların üstünü açan "Football Leaks" bu dəfə də müzakirələrə səbəb olacaq iddia ortaya atıb.

Newsport.az-ın məlumatına görə, "Football Lekas" 2017-ci ildə "Yuventus"la Çempionlar Liqasının final matçından bir gün öncə "Real"ın kapitanı Serxio Ramosun qanında dopinq taöıldığını, ancaq UEFA-nın bunu gizlətdiyini ortaya çıxarıb. "Real" cəbhəsi isə bu məlumatı təkzib edib. "Kral klubu" Ramosun testlərində həkimlərin yanlışlığa yol verdiyini və məlumatları düzgün qeyd etmədiklərini bəyan edib.

Qeyd edək ki, sözügedən matçda "Real" "Yuventus"a 4:1 hesabı ilə qalib gəlmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right