Baş məşqçi: "Rüfət Dadaşov gərgindir"

Almaniya III Bundesliqasında çıxış edən "Proyssen"in baş məşqçisi Marko Antverpen millimizin üzvü Rüfət Dadaşovun son durumundan danışıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis millidən yüngül zədə ilə qayıdan hücumçuya ötən gün istirahət verdiyini deyib: "Görünür, Rüfət gərgindir. Amma biz bunun öhdəsindən gələcəyik".

Qeyd edək ki, Dadaşov UEFA Millətlər Liqasının 6-cı turunda Kosovo - Azərbaycan matçında (4:0) zədə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right