Dmitri Nazarov: "Artıq növbəti turnirlər barədə düşünməliyik"

"Milli komandanın oyunları üçün qısa müddər ərzində uzun yol qət etsəm də, özümü yaxşı hiss edirəm.  Yığma üzvü olduğum üçün çox sevinirəm. Bu, normal yükdür, mən formamı qoruyub saxlamağı bacaracağam".

Newsport.az-ın məlumatına görə, bu sözləri Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"də forma geyinən milli komandamızın üzvü Dmitri Nazarov deyib.  

Yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya böyükhesablı məğlubiyyəti şərh edib: "Kosovo ilə qarşılaşmada qələbə qazanmaq niyyətində idik. Ancaq erkən qol buraxdıq və ilk dəqiqədən hesabda geri düşdük. İkinci hissədə isə oyuna nəzarəti əldən verdik. Bu, yaxşı hal deyildi, əsəbləşirdik. Artıq növbəti turnirlər barədə düşünməliyik". 

Qeyd edək ki, son turda Kosovoya 0:4 hesabı ilə uduzan millimiz qrupu ikinci pillədə başa vurub və turnirlə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right