“Kamran Kosovo ilə oyuna özü getmək istəmədi” - millinin həkimi

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının sonuncu turunda Kosovoya 0:4 hesabı ilə uduzması böyük müzakirələrə səbəb olub.

Newsport.az-ın məlumatına görə, xüsusən qapıçımız Kamran Ağayevin zədəli olmadığı halda səfərə zədəni bəhanə gətirib getmədiyi bildirilir. Bununla bağlı millinin həkimi Vyaçeslav Xomenko “Xəzər TV”yə açıqlamasında duruma belə aydınlıq gətirib:

 "Oyunun fasiləsində baxdıq və yüngül zədə olduğunu gördük. Matça davam edib-etməməsini soruşduq. Oynamaq istəmədi, razılaşdıq. Kosovo ilə qarşılaşmadan öncə isə kiçik zədəsi davam edirdi. Amma ciddi deyildi. Belə şeylərə tez-tez rast gəlinir. Getməmək qərarını özü verdi”.

Qeyd edək ki, "Keşlə” isə futbolçusu Kamran Ağayevə yönələn  ittihamları təkzib edib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov 32 yaşlı oyunçunun baldır nahiyəsindən zədələndiyini vurğulayıb. O, yığmanın düşərgəsindən zədəli qayıdan qapıçının həkim nəzarətində olduğunu, hərəkət edərkən ayağında ağrılar olduğu üçün məşqlərə də qatıla bilmədiyini diqqətə çatdırıb. Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə keçiriləcək matçda qapıda Davud Kəriminin duracağı bildirilib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right