Millimizin futbolçusu üçün “Fənərbaxça”ya qarşı oynamaq şansı

Bu gün futbol üzrə Türkiyə kubokunda 5-ci turun püşkü atılıb.

Newsport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün formasını geyindiyi “Girəsunspor”un da rəqibi məlum olub. Türkiyənin 1-ci liqa təmsilçisi kubokun 5-ci turunda Super Liqada mübarizə aparan “Fənərbaxça”yla qarşılaşacaq. “Girəsunspor” ilk matçı səfərdə keçirəcək. 

Millimizin sabiq forvardı Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” aşağı liqa təmsilçisi “Hatayspor”la üz-üzə gələcək. Yığma komandamızın digər sabiq üzvü – Ufuk Budaklı “Boluspor” da “Van Böyüşkşəhər Bələdiyyəspor”la mübarizə aparacaq. “Girəsunspor”dan fərqli, bu iki komanda ilk oyunlarını evdə keçirəcək.

5-ci turun ilk görüşləri 4-5 və 6 dekabrda baş tutacaq. Cavab qarşılaşmaları isə 18-19 və 20 dekabrda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right