Başı dərddə olan Samirə paytaxt klubundan "yaşıl işıq"

Qadağan olunmmuş preparatdan istifadə etdiyi üçün 18 ay futboldan kənarlaşdırılan Samir Nəsrinin cəzası 2019-cu ilin yanvarında başa çatacaq.

 

Newsport.az xəbər verir ki, fransalı futbolçu İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"də məşqlərə çıxır. London klubunun baş məşqçisi Manuel Pelleqrini 31 yaşlı yarımmüdafiəçinin durumu ilə bağlı danışıb: "Nəsriyə yenidən futbol oynamaq şansı veririk. Ümid edirəm ki, ilin sonuna kimi formasını bərpa edəcək. Onu "Vest Hem"də saxlamaq istəyirik".

 

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda çıxış edən Nəsrinin son klubu "Antalyaspor" olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right