Axtyamovla başlayan, Monrozla bitən

Bu həftə Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə başa çatacaq. Newsport.az xəbər verir ki, “Qəbələ” XII turda “Keşlə” ilə qarşılaşacaq. Noyabrın 24-də baş tutacaq görüş Bakıdakı “ASK Arena”da keçiriləcək.

 

Bu oyun iki komanda arasında 47-ci matç olacaq. Rəqiblər ilk dəfə 2006/07 mövsümündə üz-üzə gəlib. İndiyədək baş tutan 46 matçda “Qəbələ” 14 qələbə qazanıb, 16 heç-heçə edib və 16 dəfə uduzub. Paytaxt klubunun 59 qol vurduğu matçlarda “qırmızı-qaralar” 48 dəfə fərqlənib. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir. 

 

Əvvəlki 46 matçdan 41-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 16 heç-heçə edib və 14 dəfə uduzub. Bu qarşılaşmalarda 41 qol vuran futbolçularımız 52 top buraxıb.

 

İndiyədək 22 dəfə bu komandanın qonağı olan “Qəbələ” səfərdə 6 qələbə qazanıb. Hesabında 6 heç-heçə olan komanda 10 dəfə meydanı məğlub tərk edib. “Keşlə”nin ev oyunlarında meydan sahibləri 36, “qırmızı-qaralar” 21 qol vurub.

 

Bir neçə adla qarşılaşan bu komandaların görüşlərində ümumilikdə 107 qol vurulub. İlk qol millimizin hücumçusu Daniel Axtyamova, sonuncusu "qəbələ"nin fransalı legioneri Stiven Monroza məxsusdu. 

 

 

2006/07 mövsümü

 

05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

 

12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0

Daniel Axtyamov, 57, 61

 

2007/08 mövsümü

 

02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65

 

28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75

 

2008/09 mövsümü

 

30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23

 

07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Valter Quqlemon, 32

 

29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0

Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

 

06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

Kənan Kərimov, 40, Azər Bağırov, 87

 

2009/10 mövsümü

 

26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2

Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69

 

24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Petar Zlatinov, 87

 

10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)

 

15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1

Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1

 

2010/11 mövsümü

 

19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Rövşən Əmiraslanov, 35

 

13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

 

2011/12 mövsümü

 

23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)

 

11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

 

24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76

 

22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Nizami Hacıyev, 25,  İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8

 

2012/13 mövsümü

 

10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0

Leurival Rodrigez, 14

 

17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23

 

13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2

Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29

 

19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0

Ramil Mansurov, 87

 

2013/14 mövsümü

 

11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2

Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90

 

19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

Daniel Subotiç, 45+1

 

23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4

Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57

 

12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

 

2014/15 mövsümü

 

10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19 

 

21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

 

18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2

Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1

 

16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Aleksey Qay, 5 - Asif Məmmədov, 27

 

2015/16 mövsümü

 

12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84

 

09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Aleksey Antonov, 30 -  Dieqo Martins, 35

 

07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

Ermin Zets, 18

 

03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

 

2016/17 mövsümü

 

12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

 

15.10.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69

 

04.03.2017. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:2

Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82

 

30.03.2017. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 1:3

Adrian Skarlatake, 18 - Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)

 

05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

Daniel Subotiç, 12; Baqali Dabo, 33 

 

24.04.2017. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 4:3

Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 - Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72

 

2017/18 mövsümü

 

12.08.2017. Premyer Liqa. İnter (Bakı) – Qəbələ – 1:2

Pərdis Fərcad-Azad, 71 - Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)

 

03.12.2017. Premyer Liqa. Qəbələ - Keşlə (Bakı) - 3:0

Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56

 

13.03.2018. Premyer Liqa. Keşlə (Bakı) - Qəbələ – 1:1

Voislav Stankoviç, 59 (ö.q) - Baqali Dabo, 32 

 

05.05.2018. Premyer Liqa. Qəbələ – Keşlə – 1:1

Stiven Monroz, 30 - Slavik Alxasov, 10

 

28.05.2018. Azərbaycan kuboku. Keşlə – Qəbələ – 1:0

Pərdis Fərcad-Azad, 71

 

2018/19 mövsümü

 

30.09.2018. Premyer Liqa. Qəbələ – Keşlə – 1:1

Stiven Monroz, 75 // Amil Yunanov, 5





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right