Azərbaycanlı məşqçi "Bolonya"da

"Keşlə"nin idman direktoru Ramiz Məmmədov İtaliyaya səfər edib.  

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmisi İtaliyanın "Bolonya" klubunun düşərgəsindədir.  "Keşlə" uşaq və yeniyetmə futbolunun inkişafina nəzarət edən Məmmədov, "Bolonya"nın iş prinsipləri ilə tanış olur.  Təcrübəli çalışdırıcı "Bolonya"nın əsas komandasının gündəlik məşqlərində də yaxından iştirak edir.  

Ramiz Məmmədov İtaliyada olduğu müddətdə "Bolonya" klubunun baş məşqçisi Filippo İnzagi ilə görüşüb və müasir futbolun yenilikləri ətrafında fikir mübadiləsi aparıb.  

Qeyd edək ki, Məmmədov məşqçilik karyerası ərzində "Qəbələ" və "Keşlə" klublarında çalışıb. O, bir müddət İranda da məşqçi kimi fəaliyyət göstərib.  

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right