AFFA UEFA-ya müraciət etdi: Milli səfərdə oynasın

2019-cu il mayın 29-da Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.

Newsport.az  AFFA-ya istinadən xəbər verir ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub.

Hazırda məsələyə UEFA tərəfindən baxılır.

AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right