Fransa millisində yeni rekord

Fransa yığmasının üzvü Kilian Mbappe 15 il sonra millidə rekorda imza atıb. Newsport.az xəbər verir ki, 20 yaşlı futbolçu 2018-ci ildə yığmada 9 qol vurub.


Bundan əvvəl millidə bir il ərzində ən çox qol vuran futbolçu Tyerri Anri idi. Sabiq forvard 2003-cü ildə Fransa yığmasının heyətində 11 dəfə fərqlənmişdi. 


2017-ci ilin martında Fransa millisində debüt edən Mbappe, yığmada keçirdiyi 28 oyunda 10 qol vurub.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right