"Sportinq"də hücumçu problemi - "Qarabağ"la oyun öncəsi

Noyabrın 29-da Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq"də 2 zədəli futbolçu var.
 
Newsport.az-ın "A Bola" nəşrinə istinadən yaydığı xəbərə görə, Lissabon təmsilçisinin hücumçuları - kolumbiyalı Fredi Montero və braziliyalı Rafinya zədə səbəbindən qarşıdakı oyunları buraxa bilərlər. Onların noyabrın 24-də ölkə kubokunun "Lusitano" ilə matçında meydana çıxmayacaqları dəqiqdir. "Qarabağ"la Bakıda keçiriləcək oyunda iştirakları isə şübhə altındadır.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" görüşü saat 21:55-də start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right