"Real"dan Keylor Navas qərarı

"Real" Tibo Kurtuanın transferindən sonra əsas heyətdə yerini itirən Keylor Navasla bağlı qərar verib.

Newsport.az xəbər verir ki, "kral klubu" kosta-rikalı qapıçı ilə müqaviləni uzatmağa qərar verib. Onun illik maaşı 4 milyonda avrodan 5 milyona yüksəldiləcək və 2021-ci ilə qədər anlaşma imzalanacaq.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2014-cü ildə "Levante"də "Real"a keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right