Remzinin əvəzinə Vayql

"Arsenal" mövsümün sonunda müqaviləsi başa çatacaq Aaron Remzinin yerinə axtarışları davam etdirir.

Newsport.az xəbər verir ki, "topçular" "Borussiya"nın yarımmüdafiəçisi Yulian Vayqla göz dikib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. 23 yaşlı futbolçu bu mövsüm Dortmund klubunda az şans qazanmasa da, "Arsenal"ın baş məşqçisi Unai Emeri almaniyalı oyunçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, Vayqlın Bundesliqa təmsilçisi ilə müqaviləsi 2021-ci ildə başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right