Ansi Aqolli: “Onun bu cür davranışı normal hal deyil”

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli formasını geyindiyi futbol üzrə Albaniya millisinin son dövrlərdəki uğursuz çıxışına münasibət bildirib.

Newsport.az xəbər verir ki, albaniyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunun müvəqqəti olduğunu bildirib: 

“Millinin oyunu olanda bu və ya digər şəkildə dəstək olmağa çalışıram. Yığmaya dəvət almayanda oyunu mütləq televiziyadan izləyirəm. Hər bir komandada bu kimi hallar olur. Məncə, yığmamız keçid dövründədi. Gələcəyə nikbin baxmaq, futbolçulara güvənmək lazımdı”.

35 yaşlı futbolçu kapitanı olduğu Albaniya millisinə dəvət almamasından və yığmanın baş məşqçisi Kristian Panuççi ilə münasibətlərindən də danışıb: 

“Millinin üzvləri ilə əlaqəm var. Əksər futbolçulara hər gün danışıram. Bundan əvvəlki toplanışda oldum. Əlimdən gələni etdim. Baş məşqçi ilə münasibətimə gəlincə, onunla aramızda yaxşı əlqənin olmaması artıq sirr deyil. Onun son mətbuat konfransındakı davranışı isə (Panuççi alban jurnalistə “ağzını yum” demişdi – red.) normal hal deyil. Bununla belə, o, baş məşqçidi, qərarlarına hörmətlə yanaşmaq lazımdı”. 

Aqolli karyersı ilə bağlı da fikir bildirib. O, hələlik futboldan getməyi düşünmədiyini deyib: “Hələ bununla bağlı heç bir qərar verməmişəm. Mənə “Qarabağ”da oynamaq xoşdu. Hələ oynaya bilərəm”.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right