"Azərbaycan üzərində böyükhesablı qələbə göstərdi ki...": Kosovo millisinin üzvü

"Möhtəşəm qələbə qazandıq. Hər kəs kimi, mən də xoşbəxtəm". Newsport.az xəbər verir ki, bu sözləri Kosovo millisinin üzvü Amir Rahmani Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda Azərbaycanı böyük hesabla məğlub etdikləri matçı dəyərlənirərkən deyib. 

24 yaşlı futbolçu qol vurmasına da toxunub: "Qələbəyə qolla töhfə verdiyim üçün ikiqat sevincliyəm. Qələbə qazanmağımız mənim qol vurmağımdan daha önəmli idi. Azərbaycan üzərində böyükhesablı qələbə ilə göstərdik ki, ən güclü komandalara qarşı oynamağa və təzyiqlərə tab gətirməyə hazırıq". 

Müdafiəçi Kosovonun daha güclü olduğunu, böyük komandalara oynamağa hazır olduğunu söyləyib: "Düzdü, Azərbaycanla oyunda heç-heçə də bizə sərf edirdi. Lakin meydana bu düşüncə ilə çıxmadıq, yalnız qələbəyə köklənmişdik. Artıq daha güclüyük və böyük komandalarla mübarizə aparmağa hazırıq". 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right