Müller Rəşad Sadıqovun yer aldığı siyahıya düşdü

Millətlər Liqasının VI turunun Hollandiya ilə ev qarşılaşması Almaniya millisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, "Bavariya"nın 29 yaşlı hücumçusu 2:2 hesabıyla nəticələnən görüşdə 68-ci dəqiqədə meydana daxil olaraq Bundestimdə 100-cü oyununu keçirib.

 

Yığmada 8 il əvvəl debüt edən Müller dünyada bunu bacaran 479-cu futbolçu olub. Siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.

 

Azərbaycan millisi 479 nəfərlik siyahıda bir futbolçu ilə təmsil olunub. Bu, yığmada 111 matç keçirən sabiq kapotanı Rəşad Sadıqovdu. O, 245-253-cü yerləri bölüşdürür ki, həmin sıralamada İqor Akinfeyev (Rusiya), Karlos Valderamma (Kolumbiya), Andrey Şevçenko (Ukrayna) və Serxio Buskets (İspaniya) kimi tanınmıç simalar var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right