"Fikrimcə, Azərbaycanla matçda özümüzü yaxşı tərəfdən göstərə bildik": Millimizə qol vuran futbolçu

“Qol vurduğum və qələbə qazandığımız üçün çox şadam” - bunu 21 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının üzvü Nardin Mulahuseynoviç deyib.

Newsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Azərbaycan millisinə qarşı keçirilən yoxlama görüşünü dəyərləndirib. Bosniyalıların 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hesabı açan Mulahuseynoviç qələbəyə sevindiklərini söyləyib.
 
Hücumçu daha güclü komanda olacaqlarını düşünür: “Fikrimcə, Azərbaycanla matçda özümüzü yaxşı tərəfdən göstərə bildik. Hərçənd hələ də daha yaxşı oynamalıyıq. Sevinirəm ki, bütün futbolçular oynamaq imkanı əldə etdilər. Ümid edirəm ki, bunun sayəsində bizdə özünəinam yarandı. Bu nəsil irəliyə doğru addımlamaq və böyük rəqabətə girmək iddiasındadı”.
 
Xəbər lenti

Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right