Əliyar Ağayevin idarə etdiyi oyunda 1 sarı vərəqə

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının 6-cıturunun Danimarka - İrlandiya oyununu idarə edib.

Newsport.az xəbər verir ki , matç qolsuz bərabəliklə başa çatıb.Ə.Ağayev 90 dəqiqə ərzində cəmi bir sarı vərəqə göstərib. O, 85-ci dəqiqədə qonaq komandanın futbolçusu Sayrus Kristini cəzalandırıb.

Qeyd edək ki, Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right