Maksim Medvedev: "Meydana qələbə üçün çıxacağıq"

“Kosovo yaxşı komandadır. Hər iki tərəf üçün həlledici oyundur. Meydana qələbə üçün çıxacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunun Kosovo ilə oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli futbolçu sabahkı oyunla bağlı fikirlərini açıqlayıb:

“Kosovo bizdən 2 xal öndədir. Ancaq bizim üstünlüyümüz birliyimizdir. Çox məsuliyyətli oyundur. Ancaq komandamızda yetərincə təcrübəli futbolçu var. Sabah gərginlikdə yox, sərbəst oynamalıyıq. Bəli, məsuliyyət böyükdür, ancaq soyuqqanlı oynamalıyıq”.

Qeyd edək Kosovo – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right