"Azərbaycan kimi rəqib bu səhvlərimizdən yararlana bilər"

"Malta üzərində qələbə vacib idi. Ancaq 5:0 hesabıyla qələbə qazandığımız həmin qarşılaşmada elə də yaxşı oynamadıq". Newsport.az xəbər verir ki, bu fikirləri Kosovo yığmasının futbolçusu Hekuran Kryeziu bildirib.

 

Millətlər Liqasında qrupda son tur öncəsi fikirlərini açıqlayan "Sürix"in yarımmüdafiəçisi Azərbaycan millisiylə sabahkı qarşılaşmada oyun planında daha yaxşı təsir bağışlamalı olduqlarını söyləyib: "Ümid edirəm ki, Azərbaycanla matçda daha yaxşı oynayacağıq. Əks halda problemimiz olacaq. Maltayla matçda meydanın ortasında topu tez-tez itirirdik. İkinci hissənin əvvəlində iüə ümumiyyətlə, bu planda müsbət deyildik. Buna görə deyirəm ki, Azərbaycan kimi rəqib bu səhvlərimizdən yararlana bilər. İstənilən halda, yekun nəticə fantastik oldu. Ümid edirəm ki, çərşənbə axşamı daha yaxşı oynayacağıq".

 

Qeyd edək ki, qrup lideri olan Kosovo millimizdən 2 xal irəlidədi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right