"Qəbələ"dən 5 cavabsız qol

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıqlarını davam etdirir. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələni başa vurub. 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda doğma arenadakı hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” klubun U-19 komandasını sınağa çəkib. Qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Adeniyinin het-trik etdiyi matçda digər qollara Rauf Əliyevlə Stiven Monroz imza atıb.

Bu oyunla Qəbələ hazırlığın yekunlaşdıran “qırmızı-qaralar” Bakıya yollanıb. 

Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda səfərdə “Keşlə” ilə üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right