Rüfət Dadaşov: "Kosovo ilə oyun çox ciddi duel olacaq"

"Bizi Kosovo ilə ağır oyun gözləyir.  Bu, çox ciddi duel olacaq. Rəqibimiz çox güclü kollektivdir, çox sayda yaxşı oyunçuları var.  Həmçinin Almaniyanın "Şalke" klubunun sabiq futbolçusu Donis Avdiyay da orada çıxış edir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə Kosovoya qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib. 

27 yaşlı hücumçu millinin V turda Farer adalarını evdə 2:0 hesabı ilə məğlub etdiyi görüşün 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub. O, bunu baş məşqçi tərəfindən təhlükəsizlik tədbiri kimi xarakterizə edib: "Mən oyunun ilk dəqiqələrində sarı vərəqə almışdım. Düşünürəm ki, baş məşqçimiz Kosovo ilə matçdakı çıxışımı təhlükə altında qoymaq istəmədi. Çünki məhz sonuncu oyunda uğurlu nəticə əldə etməyimiz vacibdir". 

Qeyd edək ki, D liqasının 3-cü qrupuna V turdan sonra 11 xalla Kosovo başçılıq edir. Azərbaycan 9 xalla 2-ci pillədə qərarlaşıb. Son turda bu iki komanda Priştinadakı Fadil Vokkri adına stadionda üz-üzə gələcək. Noyabrın 20-də keçiriləcək görüşdə Azərbaycan millisi yalnız qələbə təqdirində C liqasına və pley-offa yüksələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right