Kafu: "Vinisius yeni Ronaldo ola bilər"

"Roma" və "Milan" kimi klublarda forma geyən Braziliya millisinin sabiq kapitanı Kafu "Real"ın 18 yaşlı futbolçusu Vinisius Juniorla bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Kafu Vinisiusun "Real"da parlaq gələcəyinin olduğunu deyib: "Vinisiusun "Real"da parlaq gələcəyi var. Ancaq o, hazırda ulduz futbolçu deyil. Buna görə də Kriştiano Ronaldo kimi futbolçuyla müqayisə edilməməlidi. Ronaldo "Real"da hər şeyə sahib oldu. Vinisius istedadlıdı. Yeni Ronaldo ola bilər. Amma bunun üçün çox çalışmaq lazımdı".

Qeyd edək ki, Vinisius 60 milyon avroya "Flamenqo"dan "Real"a keçib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right