AÇ-2020: Azərbaycan neçənci səbətdə yer alacaq?

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı dəqiqləşib. Yığmamız 5-ci səbətdə qərarlaşacaq.

Newsport.az-ın məlumatına görə, bu, UEFA Millətlər Liqasındakı nəticələrdən sonra bəlli olub. D Liqasının III qrupunda ilk 2 yerdən birini təmin edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin 6-cı səbətdə yer almayacağı dəqiqləşib. 6-cı səbətə 5 komanda olacaq ki, onlardan birinin San-Marino olacağı bəllidi. Digər əsas namizədlər isə Malta, Andorra, Lixtenşteyn və Farer adaları hesab olunur.

AÇ-2020-nin seçmə mərhələsinin püşkü dekabrı 2-si İrlandiyanın paytaxtı Dublində atılacaq. Püşkatma nəticəsində 10 qrup əmələ gələcək ki, onların 5-də 6, 5-də 5 komanda yer alacaq. Millinin 5-ci səbətdə yer alması özüdən zəif 1 komanda ilə düşmək şansının 50 faiz olması deməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right