U-15 Liqası: "Qarabağ" son dəqiqədə sevindi

Həftəsonu U-15 Liqasında 8-ci turun oyunları keçirildi. 7 oyunun 5-də darmadağın qeydə alındı. Turun mərkəzi oyununda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşmədi. Yazımızı elə bu matçla başlayırıq...

 

U-15 Liqası, 8-ci tur

 

«Keşlə» - «Qarabağ» 2:2
Qolla
r: Qurban Səfərov, 27; Hüseyn Quliyev, 34; - Nəriman Axundzadə, 14, 70

 

Oyun olduqca maraqlı mübarizə şəraitində keçdi. Matç qonaqların üstünlüyü ilə başladı. Birə-bir mübarizələrdə daha çox qalib ayrılan «Qarabağ»lı futbolçular bu üstünlüyü 14-cü dəqiqədə qola çevirdilər. Elvin Abuşovdan ötürmə alan Nəriman Axundzadə rəqibin 2-3 futbolçusundan sıyrılaraq hesabı açdı. 
Buraxılan qoldan sonra «ayılan» «Keşlə» ilk yarıda 2 qol vurmaqla oyunda dönüş yarada bildi. Qurban Səfərovla Hüseyn Quliyev 7 dəqiqə ərzində fərqləndilər.

 

Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. «Keşlə»dən Hüseyn Quliyevlə Rəşid Səfərov, qonaqlardan isə Süleyman Süleymanov, Cəfər Həsənov və Nəriman Axundzadə qol vurmağa yaxın oldular. Matçın yekun nəticəsini müəyyənləşdirən qol sonuncu dəqiqədə gerçəkləşdi. Zeynal Axundzadədən uzun ötürmə alan Nəriman komandasını məğlubiyyətdən xilas etdi.

 

«Keşlə»nin baş məşqçisi Nurəddin Məmmədov Nəriman Axundzadəni «Qarabağ»ın ən yaxşısı hesab etdi. Qonaqların çalışdırıcısı Xəyal Həsənov isə meydan sahiblərinin «10 nömrə»si Hüseyn Quliyevin oyunun daha çox bəyəndiyini söylədi.

 

Gəncə TİM - «Xilə» 0:1
Qol:
 Məmməd Əhmədov, 49

 

Gəncə TİM-nin bərbad meydanında keçirilən oyundakı mübarizə meydanın vəziyyəti ilə əks-mütənasib idi. Maraqlı mübarizə şəraitində keçən qarşılaşmada cəmi 1 qol qeydə alındı. 49-cu dəqiqədə Gəncə TİM hücumda olarkən qonaqların müdafiəçisi Hüseyn Məmmədzadə topu təhlükəli zonadan uzaqlaşdırdı. Topa yiyələnən Pərvin Hüseynov ara ötürməsi ilə Məmməd Əliyevi rəqib qapıçı Pərviz Quliyevlə üz-üzə qoydu. Məmməd aşırma zərbə ilə topu qapıdan keçirdi.  

 

Ümumiyyətlə, oyunda qapılar önündə xeyli təhlükəli vəziyyətlər yarandı. Real qol epizodlarına gəlincə, meydan sahiblərindən Ruzigar Məmmədov, Seymur Fərəci, İlqar Məmmədov, qonaqlardan isə Seyidəli Tağızadə və Məmməd Əhmədov 100 faizli qol epizodlarından yararlana bilmədilər. 

 

Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov «Xilə»dən Kərim Məmmədovu, qonaqların çalışdırıcısı Əli Məmmədov isə Gəncə TİM-dən Namiq Qocayevlə Elmir Məmmədovu rəqibin heyətində oyunun ən yaxşısı adlandırdı.

 

«Sabah» - «Sumqayıt» 5:0 
Qollar: 
Şahmar Aşurov, 40, 60, 70+3; Turqur Mustafazadə, 43; Cəlil İsmayılov, 61

 

Çempionatın iddialılarından olan «Sabah»ın «Sumqayıt» üzərində qələbə qazanacağı gözlənilən idi. Bu, baş verdi. Amma böyük çətinlik bahasına. İlk yarıda çoxsaylı hücumlara, təhlükəli vəziyyətlərə rəğmən, meydan sahibləri hesabı aça bilmədilər. Fasilədən sonra isə «Sabah» istəyinə artıqlaması ilə çatdı. Namiq Allahverdiyevin yetirmələri sumqayıtlıları 5 dəfə məyus etməklə 3 xalı aktivlərinə yazdırdılar. 

 

Meydan sahiblərindən bütün futbolçular yaxşı çıxış etdilər. Onların arasında daha çox seçiləni isə təbii ki, «het-trik» etmiş Şahmar Aşurov oldu. Yeri gəlmişkən, Şahmar vurduğu 3 qol sayəsində bombardirlərin yarışında 1-ci yerə yüksəldi. «Sabah»ın baş məşqçisi Namiq Allahverdiyev qonaqlardan Mübariz Hüseynzadə və 5 qol buraxmasına baxmayaraq, qapıçı Sənan Ağayevin çıxışını bəyəndiyini bildirdi.

 

«Neftçi» - «Zirə» 10:0
Qollar: 
Sənan Məmmədov, 9; Oruc Məmmədov, 20, 25 (pen.), 46, 57, 62; Rəvan Məmmədov, 35; Ağadadaş Salyanski, 36, 50; Bahadur Quliyev, 42; 

 

Oyundan əvvəl hesabın 10:0 olacağını desələr, bunu ciddi qəbul etmək olmazdı. Amma oldu. Daha istəkli görünən «Neftçi» özünə bənzəməyən «Zirə»nin qapısından 10 cavabsız top keçirdi. Qarşılaşmaya «Məmmədovların günü» adını vermək olar. Eldəniz Məmmədovun komandasının vurduğu qolların 7-i Məmmədov soyadlı yetirmələrinin payına düşdü. Sənanla Rəvan hərəyə 1 dəfə fərqləndisə, Oruc Məmmədov «penta-trik» etməklə çempionatın bombardiri Şahmar Aşurovu haqladı. 

 

«Zaqatala» - «Qəbələ» 0:4
Qollar
: Sərxan Mirzəzadə, 13; Sahil Həsənov, 18, 41; İxtiyar Məmiyev, 48

 

Lider autsayder üzərində asan qələbə qazandı. Ülfət Mədətovun yetirmələri bu oyunda da qapılarını toxunulmaz saxlamağı bacardı. 

 

«Səbail» - «Mil-Muğan» 6:2 
Qollar: 
Xəyal Əliyev, 5, 8, 63;  Nicat Fərzəliyev, 33 (avtoqol); İbrahim Həmidov, 67; Mircamal Əlizadə, 69 - Əli Hacıyev, 6; Əli Fətəlizadə, 9

 

«Neftçi» İK İB – İsgəndər Cavadov BFA 4:0

 

Təəssüf ki, bu oyunun protokolunu əldə edə bilmədik. Bu üzdən matçda fərqlənən futbolçuların adlarını yazmamağa məcburuq.

 

U-15 Liqasında 9-cu turun oyunları noyabrın 24-25-də keçiriləcək: «Sumqayıt» - «Keşlə», «Mil-Muğan» - «Sabah», «Zirə» - «Səbail», «Qəbələ» - «Neftçi», İsgəndər Cavadov BFA – «Zaqatala», «Xilə» - «Neftçi» İK İB, «Qarabağ» - Gəncə TİM.

 

Bombardirlər: Şahmar Aşurov («Sabah») – 15 qol, Nicat Quliyev («Səbail»), Oruc Məmmədov («Neftçi») – 14 qol.
 
«Het-trik news» qəzeti

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right