Millimiz iki cavabsız qolla qalib gəldi

Bu gün Millətlər Liqasında V turun son oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, D Liqasının III qrupunda mübarizə aparan Azərbaycan millisi Farer adalarını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Yığmamızın 1-ci yer uğrunda mübarizədəki əsas rəqibi Kosovo isə səfərdə Maltanı darmadağın edib - 5:0.

Millimiz qrupun son matçında Kosovonun qonağı olacaq.

Millətlər Liqası

V tur, 17 noyabr

D Liqası, III qrup

Azərbaycan – Farer adaları - 2:0

Qollar: Raqnar Nattestad, 18 (avtoqol), Mahir Mədətov, 28

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right